Əsəd qüvvələrindən növbəti hücum: Dəməşqin ətrafında şiddətli döyüşlər gedir

Suriya ordusu Dəməşq ətrafında irimiqyaslı hərbi əməliyyatlara başlayıb. APA TV-nin türk mətbuatına istinadən məlumatına görə, Suriya ordusu hücuma Rusiya qırıcılarının dəstəyi ilə keçib.

 

Əsəd qüvvələri hücuma keçməzdən əvvəl paytaxt Dəməşqin şərq hissəsinin raket və minaatanlardan atəşə tutub. Ötən gecə kəşfiyyat təyyarələri adıçəkilən ərazilərə silsilə uçuşlar həyata keçirib. Uçuşların üsyançıların gizləndiyi yerlərin dəqiqliklə müəyyən edilməsi məqsədi daşıdığı bildirilir.

 

Şiddətli döyüşlər nəticəsində Suriya ordusu tərəfindən terrorçuların Şərqi Quta vilayətində yerləşən Cobar və Ayn-Tarma əyalətlərindəki düşərgələri məhv edilib. Ordunun yüksək rütbəli zabitlərindən biri döyüşlər nəticəsində ölkənin şimal və mərkəzi hissələrindəki bəzi rayonların üsyançılardan tamamilə təmizləndiyini qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv