ABŞ-dan Rusiyaya sərt cavab: Əfqanıstandan qoşunlar çıxarılmayacaq!
Rusiya Suriyada müxaliflərə qarşı hərbi əməliyyata başlayandan sonra ABŞ strateji qərar verib.
APA TV-nin məlumatına görə, rəsmi Vaşinqton Əfqanıstanda olan hərbi qüvvələrin oradan çıxarılmayacağını açıqlayıb.
Qeyd edək ki, 2017-ci ilə kimi ABŞ hərbçilərinin Əfqanıstandan çıxacağı gözlənilirdi. Lakin ABŞ yalnız Əfqanıstandan xidmət edən əsgərlərinin sayını azaltmaqla kifayətlənib. Məlumata görə, ABŞ əsgərlərinin sayını 10 min nəfərdən 5 500 nəfərə endirib.
Rusiya rəsmiləri isə Amerika əsgərlərinin Əfqanıstanda olduğu müddətdə oradakı vəziyyətin düzəlməyəcəyini bəyan ediblər.