Ruslar İŞİD-in çeçen liderini öldürdülər

Rusiya aviasiyasının Suriyada terrorçuların mövqelərinə endirdiyi zərbələr nəticəsində İŞİD-in çeçen liderlərinən sayılan Əbu Bəkr əş-Şişani öldürülüb.

 

APA TV-nin məlumatına görə, bu barədə "RİA Novosti"yə Suriyadakı hərbi mənbə məlumat verib.

 

“Dünən Rusiya Hərbi Hava Qüvvələrinin Homs şəhərinə endirdiyi zərbələr nəticəsində başda çeçən əsilli Əbu Bəkr əş-Şişani olmaqla bir qrup terrorçu məhv edilib. Xeyli sayda yaralılar var”, - deyə mənbə bildirib.

 

Suriyanın SANA agentliyi ölkənin Silahlı Qüvvələrinin “Əhrar əş-Şam” qruplaşmasının yeddi üzvünü öldürdüyü barədə məlumat yayıb. Bildirilir ki, öldürülənlər arasında qruplaşmanın liderlərindən biri Ömər əl-Hodra və onun çeçen əsilli köməkçisi Əbu Anas da olub.

Müəllif | Apa.Tv
Apa.tv