Bakının mərkəzində qəza: "Daewoo" ilə "Hyundai" toqquşdu
Paytaxtın Səbail rayonunda qəza baş verib. APA TV-nin məlumatına görə, qəza Zərifə Əliyeva və Rəşid Behbudov küçəsinin kəsişməsində qeydə alınıb.
Qəza zamanı hadisə iştirakçılarından olan maşınlardan biri işıqforun qırmızı işığında hərəkət edib. Rəşid Behbudov küçəsi ilə hərəkət edən "Daewoo" markalı maşın Zərifə Əliyeva küçəsinin kəsişməsində "Hyundai"la toqquşub. Zərbənin təsirindən "Hyundai" yolun əks tərəfindəki səkilərə dırmaşıb. Qəza zamanı xəsarət alan olmasa da, hər iki maşına ziyan dəyib. Hadisə yerinə yol polisi gəlib. Avtomobillər evakuator vasitəsilə ərazidən uzaqlaşdırılıb.
Ərazidəki müşahidə kameralarının görüntülərinə baxış keçirildikdən sonra hadisənin əsas səbəbkarı bəlli olacaq.