ABŞ PKK-ya silah verdi

Kürd silahlıları ABŞ təyyarələrinin Suriya ərazisinə atdığı silah-sursatın bir hissəsini ələ keçirib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk bildirib.

 

“Bildiyimə görə, silah-sursatın çox  hissəsi  Suriya ərəb qüvvələrinin, müəyyən hissəsi isə kürdlərin əlinə keçib”, - deyə o bildirib.

 

Kuk həmçinin İŞİD-lə mübarizə çərçivəsində ABŞ-ın Suriya müxalifətinə dəstəyini hazırkı mərhələdə və gələcəkdə davam etdirmək niyyətində olduğunu bir daha təsdiqləyib.

 

Bundan əvvəl KİV-lər ABŞ-ın hərbi yük təyyarəsinin Suriyanın mötədil müxalifətinə 50 ton silah-sursat çatdırdığını bildirmişdilər.   

 

Müəllif | Apa.Tv
Apa.tv