Dollar və rubl bahalaşdı - MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı həftənin növbəti valyuta məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dolları həftə ərzində ucuzlaşma tendensiyasına bu gün son qoyub. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dollarının kursu 1.0473 manat olaraq müəyyənləşib.
Ötən gün 1,2 manatlıq psixoloji həddi aşmağa müvəffəq olan avro isə ucuzlaşıb. Mərkəzi Bank avronun kursunu 1.921 manat olaraq açıqlayıb.
Rusiya rublu da bahalaşıb. Hazırda 1000 rublun rəsmi məzənnəsi 17 manat 10 qəpikdir.