Rusiya XİN: Suriya müxalifətinin liderlərini Moskvaya dəvət edirik

Rusiya Azad Suriya Ordusunun (ASO) nümayəndələrini Moskvaya dəvət etməyə hazırdır.

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov bildirib.  

 

“Əlbəttə, nə qədər tez olsa, bir o qədər yaxşıdır”, - deyə XİN rəhbərinin müavini Moskvanın ASO nümayəndələrini məsləhətləşmələrin aparılması üçün  qəbul etməyə hazır olub-olmaması ilə bağlı suala cavabında bildirib.   

 

Boqdanov Parisdə səfərdə olduğunu zaman nə vaxtlarsa  ASO üzvü olan suriyalıların Rusiya səfirliyinə gəldiklərini qeyd edib: “Biz bütün səviyyələrdə terrorla mübarizəyə hazır olanların hamısını geniş antiterror cəbhəsinə qoşulmağa çağırmışıq”.   

 

Müəllif | Apa.Tv
Apa.tv