İki "Mercedes" toqquşdu: 2 ölü, 5 yaralı

Sentyabrın 15-də axşam radələrində Hacıqabul rayonu, Padar kəndi ərazisində Bakı-Qazax yolunun 161-ci kilometrliyində dəhşətli qəza baş verib. "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində avtomobillərdə olan sərnişinlər Bakı sakinləri 1986-cı il təvəllüdlü  Kərəmov  Emil Əkbər oğlu və 2004-cü il təvəllüdlü İsayev Tural Səbuhi oğlu hadisə yerində ölüb.  Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan, Hacıqabul və Kürdəmir xəstəxanalarına yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

 

Hadisə yerində FHN-nin xilasediciləri tərəfindən xüsusi alətlərdən istifadə olunmaqla sərnişinlərdən biri avtomobildən çıxarılb və təcili yardım xidmətinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı