Bakıda yağışlı hava davam edəcək

Oktyabrın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 9-11 dərəcə, gündüz 12-14 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

 

Havanın temperaturu Aran rayonlarında gecə 8-12, gündüz 13-16 dərəcə, dağlıq rayonlarda gecə 1-5, gündüz  5-9 dərəcə isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv