İmişlidə 6 otaqlı ev yandı

İmişlidə yanğın hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə ötən gün axşam saatlarında Heydər Əliyev prospekti, dalan 9 ünvanında yerləşən Əhmədov Səxavət Sudeyif oğluna məxsus evdə qeydə alınıb.

 

Yanğın zamanı xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib. Elektrik naqillərində yaranan qısaqapanmadan yaranan alov qaz balonuna keçib və qısa müddət ərzində alov evi bürüyüb. Ümumi sahəsi 180 kvadratmetr olan 6 otaqlı evin 100 kvadratmetri əşyaları ilə birlikdə yanıb.

 

Hadisə yerinə FHN-in İmişli rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb, evin qalan hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı