Yol Polisindən «Diqqət, uşaqlar» kampaniyası
Sentyabrın 10-dan başlayaraq, ölkə ərazisində «Diqqət, uşaqlar» adı altında təhlükəsizlik aylığı keçirilir. Oktyabrın 10-dək davam edəcək aylığın başlıca məqsədi yeni tədris ili ilə əlaqədar orta məktəblərin ərazilərində yol hərəkəti təhlükəsizliyi tədbirlərini gücləndirməkdir. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev APA TV-yə açıqlamasında artıq müəyyən tədbirlərin görüldüyünü bildirib.
Yeni tədris ilinin ilk gunlərində yol polisi əməkdaslarinin orta məktəblərin ərazilerində gucləndirilmiş rejimdə işləyəcəyini deyən Kamran Əliyev əlavə edib ki, bu işlə paralel olaraq çizgilənmə və yararsız hala düşmüş yol nişanlarının bərpası prosesi də davam edir.