Sələfi lider: "İŞİD Qərbin Yaxın Şərqi dağıtmaq üçün yaratdığı təşkilatdır"
"İŞİD Qərbin Yaxın Şərqi parçalamaq üçün yaratdığı terrorçu təşkilatdır". APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, bu açıqlamanı Misirin sələfi partiyası "Ən-Nur"un sədri Yunis Məhiyun verib.
"Onlar terrorçudurlar və islamla heç bir əlaqələri yoxdur. Müsəlmanları onların etdiklərinə aid etmək düzgün deyil. Onlar islamı parçalamaq üçün fəaliyyətdədirlər. Arxalarında isə qərb durur".
Siyasi lider daha sonra partiyasının onlara qarşı apardığı mübarizə barədə danışıb.
"Biz onlara qoşulmaq istəyən insanları bu yoldan uzaqlaşdırırıq. Onlar hamı kimi Misir xalqının və ərəb dünyasının düşmənləridirlər", deyə Yunis Məhiyun əlavə edib.