Rusiya İŞİD-i bombaladı, 6 azərbaycanlı uşaq və 2 qadın öldü

İŞİD üzvü olan azərbaycanlı 6 uşaq və 2 qadın Rusiya təyyarələrinin endirdiyi hava zərbələri nəticəsində öldürülüb.

 

APA TV-nin Syriahr.com-a istinadən xəbərinə görə, bu barədə Suriya insan haqları fəalları məlumat yayıb.

 

Hadisənin İŞİD nəzarətində olan əl-Mədain şəhərindəki hündürmərtəbəli binaya raket atılması nəticəsində baş verdiyi bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv