Səudiyyədə şiə mərasimində atışma: 5 nəfər öldürüldü
Səudiyyə Ərəbistanın Səyhat şəhərində şiə müsəlmanların hüseyniyə mərasiminin keçirildiyi dini mərkəzdə atışma olub. APA TV-nin "Əl Ərəbiyə" telekanalına istinadən verdiyi məlumata görə, insident nəticəsində 5 nəfər ölüb.
Hadisəni törədən şəxslər əraziyə taksi ilə gəliblər. Onları nəzarət-buraxılış məntəqəsində saxlayıblar. Bunun ardınca atışma başlayıb.
Hadisə yerinə polis əməkdaşları və əsgərlər cəlb edilib. Atəş açanlardan biri öldürülüb, daha iki nəfər isə saxlanılıb.
Atışma zamanı bir neçə nəfər xəsarət alıb.
Hadisədən bir neçə saat sonra İŞİD terror qruplaşması qanlı insidentə görə məsuliyyəti öz üzərinə götürüb.