Tutqun hava, yağış, külək - BAKININ BAZAR HAVASI

Oktyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal olunur.
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-17, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti olacaq.

  

Azərbaycanın rayonlarında oktyabrın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

 

Havanın temperaturu gecə 8-13, gündüz 15-20,  dağlarda  gecə 0-5, gündüz  8-13 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv