Özünü MTN işçisi kimi təqdim edən şəxs həbs edildi - DƏLƏDUZLUQ

İmişli polisi özünü MTN əməkdaşı kimi təqdim edən 33 yaşlı şəxsi həbs edib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Qaradonlu kənd sakini, 1982-ci il təvəllüdlü Mehbalıyev Ramin Eldar oğlu  vətəndaşların etibarından istifadə edərək onları aldadıb. Polis şöbəsinə daxil olan şikayət əsasında məlum olub ki, adı çəkilən şəxs 2015-ci ilin may-iyun aylarında özünü MTN əməkdaşı kimi təqdim edərək İmişli sakini Qİsmət Yunsludan oğlunu MTN Akademiyasına düzəltmək adı ilə 10500 ABŞ dolları və daha sonra 6800 manat alıb. Araşdırma zamanı Ramin Mehbalıyevin başqa bir İmişli sakinindən də 1700 manat borc aldığı və borcu geri qaytarmadığı məlum olub. Hazırda istintaq həmin şəxsin digər dələduzluq faktlarının olub-olmamasını araşdırılır. Ramin Mehbalıyev barəsində İmişli rayon məhkəməsi 4 aylıq həbs qəti-imkan tədbiri çeçib. Faktla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət məcəlləsinin 178.3.2 maddəsi (dələduzluq) ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv