"El Çapo" yenə aradan çıxdı: məşhur narkobaronu tutmaq mümkün deyil

Meksika polisi ölkənin ən ciddi mühafizə edilən həbsxanasından qaçmağı bacaran məşhur narkobaronun izinə düşüb. APA TV-nin "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, "Cırtdan" və "El Çapo" ləqəbləri ilə tanınan Xoakin Qusman Loeranı yaxalayan və yaxud cinayətkar barədə dəqiq məlumat verən şəxsə hökumət 4 milyon dollar mükafat vəd edib. Onun ölkənin Sinaola və Duranqo ştatlarının sərhəd bölgəsində gizləndiyi bildirilib. Həmin əraziyə gedən polis əməkdaşları ilə atışan narkobaron yaralanıb. Buna baxmayaraq o yenə də aradan çıxmağı bacarıb.

Xatırladaq ki, Xoakin Qusman Loera bir neçə dəfə həbsxana həyatı yaşayan "El Çapo" hər dəfə oradan qaçmağı bacarıb. Sonuncu dəfə o, 2014-cü ildə həbs edilib. Bu ilin iyul ayının 12-də narkobaron kamerasından uzunluğu kilometr yarım olan tunel vasitəsilə qaçıb. Qaçışın görüntüləri mediada da yayımlanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv