Nazirdən təhsil müəssisələrinin rəhbərlərinə növbəti xəbərdarlıq
Təhsil naziri Mikayıl Cabbarov təhsil müəssisələrinin rəhbərlərinə növbəti xəbərdarlıq etdi. APA TV-nin məluamtına görə, nazir jurnalistlərə açıqlamasında dedi ki, təhsil sistemində ciddi qanun pozuntuları baş verərsə, Təhsil Nazirliyi qanunvericilik çərçivəsində tədbirlər görəcək
Nazir qeyd etdi ki, ötən həftə Təhsil Nazirliyinin əmri ilə Bakıdakı 23 saylı məktəbin direktoru bəzi qayda pozuntularına yol verdiyi üçün vəzifəsindən azad edilib. Təhsil naziri müəllimlərin dərs yükünün artırılması məsələsinə də aydınlıq gətirdi. Onun sözlərinə görə, Azərbaycanda müəllimlərin dərs yükünün artırılması ilə bağlı Təhsil Nazirliyinə müraciətlər edilir.
M. Cabbarovun sözlərinə görə, müəllimlərin daha çox dərs saatında çalışması məcburi deyil. Təhsil naziri verilən bəzi suallara isə cavab verməkdən yayındı.