Suriya ordusu 4 şəhəri İŞİD-dən geri aldı: şiddətli döyüşlər gedir

Suriya ordusu İdlib istiqamətində irəliləməklə, İŞİD-in Hələb şəhərindəki mövqelərinə hücumları genişləndirir. APA TV-nin "Vesti.ru"ya istinadən məlumatına görə, ordu qüvvələri artıq Etbin və əl-Qəbriyyə, eləcə də əl-Mədain və Hədadin şəhərləri üzərində nəzarəti bərqərar edib. Növbəti taktiki hədəf isə Hələb və Dəməşq arasındakı strateji yolun İŞİD-dən təmizlənməsidir. Hazırda terrorçuların məhvi istiqamətində əsas döyüşlər Şərqi Quta və Cobar əyalətlərində gedir. Bir qədər əvvəl komandanlıq Sirmaniyyə və Tamani vilayətlərində terrorçulara sarsıdıcı zərbə endirildiyi barədə məlumat yayıb. O cümlədən döyüş təyyarələrinin Homs şəhərini bombalaması nəticəsində xeyli zirehli texnika sıradan çıxarılıb.

Müəllif | Apa.Tv
Apa.tv