Aralıq dənizində qaçqınları aparan qayıqlar batdı: 16 nəfər öldü, 40 nəfər xilas edildi

Asiya regionundan olan qaçqınları Çanaqqalanın Ayvacıq qəsəbəsindən Yunanıstan adalarına  aparan gəmi qəzaya uğrayıb. APA TV-nin məlumatına görə, qəza nəticəsindən 12 nəfər həyatını itirib. Xilasedicilər 25 nəfərin həyatını xilas ediblər, itkin düşən 15 nəfərin axtarışları davam edir.  

Bodrum sahillərində də analoji hadisə qeydə alınıb. Yunan adalarına doğru hərəkət edən və içərisində 15 Pakistan vətəndaşı olan rezin qayıq qəzaya uğrayıb. Sahil Mühafizə Xidmətinin əməkdaşları 14 nəfəri xilas ediblər, 1 nəfərin isə meyiti sudan çıxarılıb. Turqutrəisdən Yunanıstana doğru hərəkət edən və içərisində qaçqınlar olan daha bir qayığın qəzaya uğraması 3 azyaşlı uşaq və 1 kişi suda boğulub, 11 nəfər xilas edilib.  

 

Qayıqların qəzaya uğramasına səbəb kəskin hava şəraiti olub. Qeyd edək ki, qaçqınların Türkiyədən Yunanıstana, oradan isə Mərkəzi Avropaya qanunsuz miqrasiyası intensiv hal alıb. 

Müəllif | Apa.Tv
Ayşən Əhməd