MSK-da püşatma keçirildi

Mərkəzi Seçki Komissiyasında prezident seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma mərasimi keçirib. Püşkətamanın nəticələrinə əsasən İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla ayrılmış efir vaxtından istifadə edəcək namizədlərin çıxış ardıcıllığı müəyyənləşdirilib. APA TV xəbər verir ki, püşkatmanın nəticələrinə görə, namizədlər arasında təşkil olunacaq debatda ilk çıxış edən Zahid Oruc olacaq. Sonra isə İlham Əliyev, İqbal Ağazadə, İlyas İsmayılov, Hafiz Hacıyev, Fərəc Quliyev, Sərdar Cəlaloğlu, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Cəmil Həsənli çıxış edəcəklər. Debat dəyirmi masa formatında təşkil olunacaq. Hər bir qeydə alınmış namizədə həftədə 3 saat İctimai Televizyada həftənin cüt günləri, 3 saat isə İctimai Radioda həftənin tək günləri ödənişsiz əsaslarla vaxtın ayrılması nəzərdə tutulur. Seçki Məcəlləsinin tələblərinə əsasən, efir vaxtı bütün namizədlər arasında tam bərabər bölünəcək. MSK-nın sədri Məzahir Pənahov qeydə alınmış namizədləri pulsuz efir vaxtı müzakirələr zamanı şəxsiyyəti alçaldan çıxışlar etməməyə çağırıb.

 

Onun sözlərinə görə, seçki il əlaqədar 5273 daimi, 219 müvəqqəti seçki məntəqəsi yaradılıb. Müvəqqəti məntəqələr 5 günlük fəaliyyət göstərəcək: “Seçicilərin sayı 5 milyondan çoxdur. Artıq seçici siyahıları da hazırdır. Fəaliyyətdə olan prezidentin iş qrafikinə uyğun xəbərlərin verilməsinin seçki təşviqatı kimi yozulmasına münasibət bildirən Məzahir Pənahov qeyd edib ki, dünya təcrübəsində də bu məsələ sadə şəkildə tənzimlənir. Belə ki, prezidentin iş qrafiki barədə xəbərlərdə seçki ilə bağlı məqam hiss olunmamalı, bu tipli xəbərlər məlumat xarakterli olmalıdır.

 

Müəllif | Apa.Tv
Apa.tv