Suriyada “Al-Qaida” liderlərindən Sanafi ən-Nasr öldürüldü

Suriyanın Hələb əyalətində “əl-Qaidə” beynəlxalq terror qruplaşmasının liderlərindən olan Sanafi ən-Nasr aviazərbələr nəticəsində məhv edilib. APA TV-nin verdiyi xəbərə görə, bu barədə “Fars” agentliyi məlumat yayıb.

 

Bildirilir ki, öldürülən Səudiyyə Ərəbistanının vətəndaşı Sanafi ən-Nasr “əl-Qaidə” qruplaşmasında strategiyaların hazırlanıb həyata keçirilməsinə görə məsuliyyət daşıyan “Zəfər Komitəsi”nə rəhbərlik edib. Onun Suriya qruplaşmasında ən nüfuzlu şəxslərdən biri olduğu qeyd olunur.

 

Hava zərbəsi nəticəsində həmçinin daha iki nüfuzlu terrorçu - Səudiyyə Ərəbistanının vətəndaşı  Əbdül Malik əl-Cəzravi və mərakeşli Əbu Yasir əl-Məqrabi məhv edilib.

 

Agentlik qeyd edir ki, Suriya Silahlı Qüvvələri Livanın “Hizbullah” hərəkatının döyüşçüləri və Rusiya aviasiyasının dəstəyi ilə ötən gün Hələb əyalətində terror qruplaşması üzvlərinin məhv edilməsi istiqamətində irimiqyaslı əməliyyata başlayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv