Yol polisi İmişlidə reyd keçirdi

Yol polisi İmişlidə reyd keçirib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyan reyddə qaydaları pozan sürücülər saxlanılaraq barələrində inzibati cəza protokolları tərtib olunub.

 

Reyd zamanı avtomobili idarə etmək üçün müvafiq etibarnaməsi olmayan, texniki baxışdan keçməyən və icbari sığortası olmayan, avtomobildə zavod konstruksiyasını dəyişən 27   sürücü barəsində “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi”nin müvafiq maddələri ilə cəzalandırılıb, sənədləri tam qaydasında olmayan sürücülərin avtomobilləri isə cərimə meydançasına aparılıb.

 

Bundan əlavə, reydlərə müdaxilə və maneçilik törədən sürücülər barəsində də qanunvericiliyə müvafiq tədbirlər görülüb.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı