Dollar bahalaşır, avro və rubl ucuzlaşır - İLK MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı həftənin ilk valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dolları həftəyə yüksəlişlə başlayıb. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dollarının kursu 1.0474 manat olaraq müəyyənləşib. Avro və rublun məzənnəsində isə ucuzlaşma qeydə alınıb. Mərkəzi Bank 1 avronun dəyərini 1.1898 manat olaraq açıqlayıb, 1000 Rusiya rublunun qiyməti isə 17 manatdır.
Xatırladaq ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır.