Miqrantların binası yandırılan şəhərdə yeni təhlükə - ALMANİYADA ETİRAZLAR

Almaniyada miqrantların əleyhinə başlanan aksiyalar davam edir.

 

APA TV-nin "Rossiya 24" telekanalına istinadən məlumata görə, Saksoniya torpağındakı Döbelen şəhərində yüzlərlə sakin küçələrə axışıb. Onlar məşəllər yandıraraq Yaxın Şərq və Afrika ölkələrindən olan qaçqınların yerləşdirilməsinə etiraz ediblər.

Etiraz aksiyasını ultra-sağ Millətçi-demokratik Partiyasının təşkil etdiyi bildirilir.


Xatırladaq ki, bu ilin avqust ayında Döbelendə miqrantların məskunlaşdığı binaya od vurulub.
 

Müəllif | Apa.Tv
Apa.tv