Zaqatalada iki maşın toqquşdu: 3 yaralı

Zaqatalada üç nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


APA TV-nin yerli bürosunun xəbərinə görə, qəza bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayon Qazangül qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

 

Zaqatala rayonunun Çökək kənd sakini, 1969-cu il təvəllüdlü Ramazan Xəlil oğlu Usoyevin idarə etdiyi “VAZ-21011” markalı 85 BM 827 dövlət nömrə nişanlı avtomobillə Qazangül qəsəbə sakini, 1986-cı il təvəllüdlü Musa Aslan oğlu Nəzirovun idarə etdiyi “Opel” markalı 08 BD 792 dövlət nömrə nişanlı minik naşını toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və "Opel" markalı avtomobildə olan sərnişin Zaqatala rayonu Qazangül qəsəbə sakini Elnarə Eldar qızı Nəzərova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (RMX) aparılıblar.


Zaqatala MRX-dan APA TV-yə verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan yaralılardan Ramazan Usoyevin vəziyyəti orta-ağır, Musa Nəzərov və Elnarə Nəzərovanın vəziyyəti orta-stabil qiymətləndirilir.


Faktla bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv