Balakəndə 29 yaşlı gəncə 8 bıçaq vurdular

Balakəndə 29 yaşlı gənc 8 yerindən bıçaqlanıb.

 

Balakən Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA TV-yə  verilən məlumata görə, rayonun Gərəkli kənd sakini, 1986-cı il təvəllüdlü Ruslan Adil oğlu Zeynalov oktyabrın 18-də axşam saatlarında bədəninin müxtəlif nahiyələrində çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub.


Ruslan Zeynalovun belin sağ və sol kürək nahiyələrindən ümumilikdə kəsilmiş və deşilmiş 5 bıçaq xəsarəti, ayağın bud nahiyəsindən 2 və üzündən 1 bıçaq xəsarəti aldığı məlum olub. Cərrahiyə əməliyyatı olunan Ruslan Zeynalov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Balakən Rayon Polis Şöbəsindən APA TV-yə bildirilib ki, hadisə rayonun Qullar kəndində baş verib. Ruslan Zeynalovla həmin kəndin sakini, 1984-cü il təvəllüdlü Elvin Eldar oğlu Nastakalov arasında mübahisə düşüb. Eıvin Nastakalov üzərindəki bıçaqla Ruslan Zeynalova xəsarətlər yetirib. Hadisəni törədən şəxs tutulub. Hadisə baş verən zaman hər iki şəxsin içkili olduğu bildirilir.

 
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv