Goranboyda iki "VAZ" toqquşdu, bir sürücü öldü

Goranboy rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ağcakənd-Goran yolunun Səfikürd kəndi ərazisində qeydə alınıb.

 

1982-ci il təvəllüdlü Yalçın Cavadovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə "VAZ-21010" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü Yalçın Cavadov hadisə yerində ölüb. Onun cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən maşından çıxarılıb.

 

Faktla bağlı Goranboy rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli