İŞİD-dən iki dəhşətli edam - EDAM KADRLARI
İŞİD terrorçuları iki dəhşətli edam həyata keçirib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu dəfə 43 və 23 yaşlı iki kişi terrorçuların qəzəbinə gəlib.
Təşkilat üzvləri Liviyanın Derne şəhərində casusluqda günahlandırdığı 43 yaşlı Ruşdi Agila Umran əl-Masurini avtomobilin arxasına bağlayaraq sürüyüb. İşgəncəyə tab gətirməyərək ölür. Əl-Masurinin evində çoxlu sayda silah saxladığı iddia olunur.
Casusluqda günahlandırılan ikinci şəxs 23 yaşlı Məhəmməd Tayib əl-Əmri olub. O, terrorçular tərəfindən öldürülməzdən əvvəl öz məzarını qazmağa məcbur edilib.
Hər iki edamın görüntüləri sosial şəbəkələrdə İŞİD üzvləri tərəfindən yayılıb.