Bakı sakinindən silah-sursat götürüldü

Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

 

APA TV-nin xəbərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə paytaxt sakini Namiq Babayevin Bakı şəhəri Suraxanı rayonunda yaşadığı evində silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub.

 

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində evə baxış zamanı oradan 1 ədəd avtomat, 240 ədəd patron və 20 ədəd patron darağı aşkar edilərək götürülüb.

 

İlkin dindirmə zamanı saxlanılan şəxs silah-sursatı 2001-ci ildə tapdığını və bu müddət ərzində mənzilində gizlətdiyini bildirib.

 

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv