Ofisiant bıçaqlandı, restoranın nümayəndəsi faktı təkzib etdi

Paytaxtın Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, rayonun Fikrət Əmirov küçəsində yerləşən restoranların birində ofisiant işləyən Kamil Məmmədov bıçaqlanıb.

 

Restoranın nümayəndəsi hadisə yerində olan jurnalistlərə bildirib ki, orada Kamil adlı şəxs çalışmır. Lakin Səbail Rayon Polis İdarəsindən faktlı təsdiqləyiblər.

 

İlkin məlumata görə, Kamil Məmmədov ofisiant işlədiyi restorandan çıxıb evə gedərkən naməlum şəxs onun qarşısını kəsib. O, Kamil Məmmədovdan üzərində olan pulu verməsini tələb edib. Kamil Məmmədov isə bu tələbə rədd cavabı verib və müqavimət göstərib. Nəticədə soyğunçu onu bıçaqlayaraq, hadisə yerindən qaçıb.

 

Xəsarət alan Şirvan sakini, 24 yaşlı Kamil Məmmədov xəstəxanaya çatdırılıb. Hadisəni törədən şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv