Dollar bahalaşır, avro və rubl ucuzlaşır - İLK MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı həftənin növbəti valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, həftəyə yüksəlişlə başlayan ABŞ dolları bu tendensiyanı bu gün də davam etdirib. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dollarının kursu 1.0476 manat olaraq müəyyənləşib. Avro və rublun məzənnəsində isə ucuzlaşma qeydə alınıb. Mərkəzi Bank 1 avronun dəyərini 1.1876 manat olaraq açıqlayıb, 1000 Rusiya rublunun qiyməti isə 16 manat 80 qəpikdir.

 

Xatırladaq ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır.  

Müəllif | Apa.Tv
Apa.tv