Bakı-Quba yolunda “Mercedes” aşdı: ölən var

Ötən gecə axşam saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin şimal bürosunun xəbərinə görə, qəza magistralın 52-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində qeydə alınıb.

 

Quba istiqamətində hərəkətdə olan Əli Cəbrayılovun idarə etdiyi 90 MK 122 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil idarəetməni itirərək aşıb. Hadisə nəticəsində sürücü ölüb.

 

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan