48 yaşlı kişini maşınla vurub öldürdü, morqa apardı

Hacıqabulda avtomobil 48 yaşlı kişini vuraraq öldürüb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 133-cü kilometrliyində, Hacıqabul rayonunun Muğan kəndi ərazisində baş verib.

 

Kəlbəcər rayon sakini, 1976-cı il təvəllüdlü Namiq Sabir oğlu Əliyev idarə etdiyi “VAZ-2106” markalı 06 BA 164 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Hacıqabul şəhər sakini, 1967-ci il təvəllüdlü Xıdırov Arif Həmid oğlunu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Ölən şəxsin meyiti hadisə anındaca sürücü tərəfindən Şirvan şəhər morquna təhvil verilib.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı