Məşhur rejissorun oğlu İŞİD sıralarında döyüşür - VİDEO

Suriyada İŞİD sıralarında məşhur Amerika rejissorunun oğlunun döyüşdüyü məlum olub. APA TV-nin "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, kinorejissor Patrik Kinninin kiçik oğlu "ən-Nüsra Cəbhəsi"nin tərkibində döyüşür.

 

O, İŞİD-in çəkdiyi bir neçə videoçarxda da yer alıb. Onun ölkəsində katolik kilsəsində dini təhsil aldığı və bir vaxtlar keşiş olmağa hazırlaşdığı deyilir. Suriyaya gələndən sonra isə onun planları dəyişib. O, burada hətta ailə də qurub.


Xatırladaq ki, onun atası Patrik Kenni məşhur rejissor Stiven Spilberqlə birlikdə "İndiana Cons" filmini çəkdikdən sonra məşhurlaşıb. Patrik Kinni həmin ekran əsərində Spilberqin assistenti olsa da, sonradan müstəqil şəkildə bir neçə filmin baş rejissoru olub.

Müəllif | Apa.Tv
Apa.tv