Bakıda 17 dərəcə isti olacaq - XƏBƏRDARLIQ

Oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, gündüz şimal-şərq küləyi əsəcək.

 

Abşeron yarımadasında temperatur gecə 10-13, gündüz 15-18 dərəcə isti olacaq. Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

 

Oktyabrın 21-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarda şişmək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq. Dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacağı proqnozlaşdırılır. 

 

Oktyabrın 21-23-də Abşeron yarımadasında əksər meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Müəllif | Apa.Tv
Apa.tv