Əsəd qüvvələri 8 məntəqəni geri aldı, terrorçuların komandirləri öldürüldü

Suriya ordusu Hələbin cənub-qərb istiqamətində hücumu davam etdirir.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Əsəd qüvvələri İran xüsusi təyinatlılarının və Rusiya aviasiyasının dəstəyi ilə 8 yaşayış məntəqəsini nəzarətə götürüb.

 

Hücum zamanı iki yüksəklik də ələ keçirilib. Uzun müddətdir Dəməşq-Hələb magistralının böyük bir hissəsi də hökumət qüvvələrinin nəzarətinə keçib.
Şəhərin şərq istiqamətində döyüşlər davam edir, ordu üsyançıların əlində olan aeroportu geri almaq istəyir.


Döyüşlər nəticəsində İŞİD-in də bir neçə komandirinin öldürüldüyü açıqlanıb.
Həmin komandirlərin ABŞ və Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi qruplaşmalara rəhbərlik etdikləri bildirilir.

 

Bu arada Suriya müxalifətinin Hələbdə yerləşən silahlı birləşmələri Türkiyədən Amerika istehsalı olan tank əleyhinə raketlər aldıqlarını bəyan ediblər. Məlumatı "Reuters" yayıb.
 

 

Müəllif | Apa.Tv
Apa.tv