İran mətbuatı: Səudiyyə Putinə Əsəddən imtina etmək müqabilində 300 milyard dollar təklif edib
İranın "Ettelaat" qəzetində Səudiyyə Ərəbistanının Rusiyaya Suriya prezidenti Bəşər Əsədə dəstəkdən əl çəkməsi müqabilində 300 milyard dollar təklif etdiyi barədə məqalə dərc edib.
APA TV-nin "TASS"a istinadən verdiyi məlumata görə, təklifin Səudiyyə şahzadəsi Muhamməd bin Salmanla Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüşündə gerçəkləşdiyi iddia olunur.
Bundan başqa, şahzadə Rusiyanın iqtisadiyyatına külli miqdarda yardım ediləcəyini və investisiya qoyulacağını da vəd edib.
Kreml isə İran mətbuatının yazdığı bu informasiyanı təkzib edir. Putin administrasiyasının mətbuat katibi Dmitri Peskov bunun həqiqətə uyğun olmadığını bildirib.