Gəncə sakini dostunu qətlə yetirib

Gəncədə iki nəfərin mübahisəsi ölümlə nəticələnib. Gəncə şəhər Prokurorluğundan APA-TV-yə verilən məlumata görə, hadisə Sadıllı qəsəbəsində baş verib. Gəncə şəhər sakini, 29 yaşlı Vüqar Kərimov şəxsi münasibətlər zəmində dostu və həmyaşıdı olan şəhər sakini Qasım Həsənovu bıçaqlayıb. Qasım Həsənov aldığı xəsarətdən yerindəcə keçinib. Prokurorluqdan Vüqar Kərimovun saxlanıldığı bildirilib. Fakt üzrə cinayət məcəlləsinin 120.1 - qəsdən adam öldürmə maddəsi ilə iş açılıb. İstintaq aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli