Goranboyda ev partladı: bir ailənin 4 üzvü xəstəxanalıq oldu

Goranboy rayonunda yaşayış evində baş verən partlayış nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Ağcakənd qəsəbəsində Qazanbulaq kənd sakininin kirayə yaşadığı evdə qeydə alınıb.

 

Ağcakənddə müəllim işləyən 1986-cı il təvəllüdlü İnqilab Qasımov, onun həyat yoldaşı, 1978-ci il təvəllüdlü Şəbnəm Qasımova, onların övladları, 8 yaşlı Yaqut və 7 yaşlı İsa yanıq xəsarətləri alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Məlumata görə, İnqilab Qasımovun və onun yoldaşının bütün bədən səthi yandığından, vəziyyətləri ağırdır. Uşaqlarda isə əllərin, üzün və ayaqların 2-3-cü dərəcəli yanığı xəsarətləri var.


Partlayışın qaz sızmasından baş verdiyi deyilir.

Müəllif | Apa.Tv
Apa.tv