Alternativ enerji sahəsində investisiya imkanları müzakirə olundu
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində "Alternativ enerji və enerji səmərəliliyi sahəsində investisiya imkanları. Sahibkarlığın inkişafı" mövzusunda konfrans keçirilib.
APA TV-nin xəbərinə görə, konfrans çərçivəsində jurnalistlərə açıqlama verən agentliyin sədri Akim Bədəlov deyib ki, yaxın gələcəkdə Pirallahıda dəniz üzərindəki estakadalardan istifadə olunmaqla 200 meqavatlıq stansiyanın inşası nəzərdə tutulur.
Akim Bədəlov agentliyin gələcəkdə özəl sektorun ölkədə alternativ enerji istehsalına cəlb olunmasında maraqlı olduğunu önə çəkib. Sədr eyni zamanda ölkədə enerji istehsalı zamanı diqqət yetirilən prioritet mənbələri də açıqlayıb:
Sinxron: AKİM BƏDƏLOV
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri
Konfransda aidiyyəti dövlət orqanları, beynəlxalq maliyyə təşkilatları, yerli kommersiya bankları və ictimai təşkilatların nümayəndələri iştirak edib.