Bakıda transformatorun içinə girən qızla oğlanı cərəyan vurdu - FACİƏ

Paytaxtın Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

 

APA TV-nin məlumatına görə, rayonun Ağadadaş Qurbanov küçəsində 20 yaşlı Fəqan Fərzəliyevlə hələlik kimliyi məlum olmayan təxminən 18 yaşlarındakı qız 6 min voltluq transformatorun qapısını açaraq içəriyə daxil olublar.

 

Bu zaman ehtiyatsızlıq edən Fəqan Fərzəliyev yüksək gərginlikli naqillərə toxunub. Nəticədə elektrik cərəyanı onları bir neçə metr kənara tullayıb. Hər iki şəxs ağır xəsarətlər alıblar. Ətrafdakılar təcili tibbi yardım çağırıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisə nəticəsində çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev qolunun birini itirib.

 

Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv