Rusiya İŞİD-in 750 obyektini məhv edib

Rusiya aviasiyası Suriyada sutka ərzində 55 uçuş həyata keçirərək, İŞİD və “Cəbhət-ün-Nüsra” qruplaşmalarına məxsus obyektlərə 60 zərbə endirib.

 

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiyanın rəsmi nümayəndəsi general mayor İqor Konaşenkov bildirib. 

 

“Döyüş tapşırıqlarını yerinə yetirdikdən sonra təyyarələrin hamısı “Hmeymim” bazasına dönüb”, - deyə o bildirib.

 

Qeyd edək ki, Rusiya aviasiyasının Suriyadakı əməliyyatları artıq 20 gündür davam edir. Bu müddət ərzində terrorçuların mövqelərinə 750 zərbə endirib. Əsas hədəflər komanda məntəqələri, təlim düşərgələri, silah-sursat anbarları, rabitə qovşaqları və partlayıcı qurğuların istehsalı üzrə müəssisələrdir.

 

Müəllif | Apa.Tv