Kürdəmirdə toqquşan maşınlar aşdı: 2 yaralı

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

 

APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 55-ci km-liyində - Kürdəmir rayonunun Sor-sor kəndi ərazisində qeydə alınıb.

 

Lənkəran rayon sakini, 27 yaşlı Çingiz Kələntərovun idarə etdiyi şəkər tozu ilə yüklənmiş “KamAZ” markalı yük maşını ilə İmişli rayon sakini, 65 yaşlı Abosət Səfərovun idarə etdiyi “Opel” markalı minik maşını toqquşub. Nəticədə minik maşınının sürücüsü və sərnişini, 39 yaşlı Qaragilə Şıxalıyeva bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hadisə baş verən zaman toqquşma güclü olduğundan, hər iki maşın yoldan çıxaraq aşıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Zahid Abışov