Bakıda mənzildən 42 min manat apardılar
Bakıda mənzildən külli miqdarda qızıl və pul oğurlanıb. APA TV-nin Lent.az-a istinadən məlumatına görə, hadisə Xətai rayonunda baş verib.
Rayon sakini, 1963-cü il təvəllüdlü Eldar Məhərrəmov polisə müraciət edərək bildirib ki, Naximov küçəsi döngə 2, mənzil 18 ünvanında, ona məxsus olan evdən 40 min manat dəyərində qızıl və 2 min manat pul oğurlanıb.
Şikayətçi əlavə edib ki, naməlum şəxs və ya şəxslər mənzilə pəncərənin dəmir barmaqlığını sındıraraq daxil olublar.