Yağışlı havalar qayıdır

Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 15-17, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında oktyabrın 22-də arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv