Eldar Mahmudovun yüksək vəzifədə olan qohumu həbs edildi

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov vəzifəsindən azad olunub.

 

APA-Economics”in məlumatına görə, B.Hüseynov rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmri ilə işdən kənarlaşdırılıb.

 

Onun tutduğu vəzifə müvəqqəti olaraq texniki direktor Rəsul Qurbanova həvalə olunub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən faktı təsdiqləyiblər.

 

Qeyd edək ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu olan Beytulla Hüseynov artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv