Azərbaycanda dollar bahalaşmağa başladı, avro və rubl ucuzlaşır

Azərbaycan Mərkəzi Bankı növbəti valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dolları üç günlük fasilədən sonra yenidən manat qarşısında dəyər qazanıb. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dollarının dəyəri 1.0475 manatdır. Avro və rubl isə ucuzlaşır. Mərkəzi Bank 1 avronun dəyərini 1.1887 manat, 1000 Rusiya rublunun dəyərini isə 16 manat 60 qəpik olaraq açıqlayıb.

 

Xatırladaq ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. 

Müəllif | Apa.Tv
Apa.tv