Xaçmazda intihar cəhdi! 25 yaşlı gənc özünü bıçaqladı
Xaçmaz rayonunun Xanlıqoba kənd sakini, 25 yaşlı İlyasov İsmayıl Valeh oğlu özünə bıçaqla xəsarət yetirib.
APA TV-nin şimal bürosunun məlumatına görə, qarın boşluğundan bıçaq xəsarəti alan İsmayıl İlyasov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta stabil olduğu bildirilir.
Xaçmaz rayon Polis Şöbəsindən (RPŞ) verilən məlumata görə, ilkin araşdırmalar zamanı həmin şəxsin özünə xəsarət yetirdiyi aydınlaşıb.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar davam etdirilir.