Lənkəranda 18 yaşlı ana doğuşda öldü

Azərbaycanda daha bir ana ölümü qeydə alınıb.

 

APA-nın məlumatına görə, hadisə ötən gecə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Perinatal Mərkəzində qeydə alınıb.

 

Lənkəran rayonunun Şağlaser kənd sakini, 1997-ci il təvəllüdlü Sənayə Nazim qızı Ağayeva doğuşdan sonra dünyasını dəyişib. Bu, ananın ilk doğuşu olub. Dünyaya gəlmiş körpənin isə sağ olduğu bildirilir.


Ananın meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

 

Lənkəran Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, hadisə barədə Səhiyyə Nazirliyi də məlumatlandırılıb. Ölüm səbəblərinin araşdırılması məqsədilə Bakıdan Lənkərana mütəxəssislərin ezam olunacağı bildirilir.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda da araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv